Tovuz rayonunda yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü 6 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasnın təşkilatçılığı ilə keçirilən turnirdə İlkin Yusifov (50 kq), Rəşad Abdullayev (55 kq), İsmayıl Zamanov (60 kq), İsmayıl Zamanov (66 kq), İlham Mollayev (73 kq) və İbrahim Kərimov (+73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Ümumi medal sayında UGİM 2 Sumqayıt komandası 8 medal (3 qızıl, 4 gümüş, 1 bürünc) qazanaraq birinci, Təhsil RİM SF 9 (3 qızıl, 1 gümüş, 5 bürünc) medalla ikinci, TİM Gəncə isə 6 medalla (2 qızıl, 3 gümüş, 4 bürünc) üçüncü olub.
Ümumilikdə 171 yeniyetmə cüdoçunun mübarizə apardığı yeniyetmələrin cüdo üzrə XI respublika oyunlarının qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.

- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib