Türkiyə güləş yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hadisə gecə saatlarında İstanbulda baş verib.
Yunan-Roma güləşində 98 kq çəki dərəcəsində yığmasının şərəfini qoruyan pəhləvan şəhərdə düşdüyü tıxac zamanı bir neçə şəxslə mübahisə edib. Nəticədə qarşı tərəfdəkilər idmançıya silah çəkiblər. Onların açdıqları atəş İldemin ayaqlarına tuş gəlib. Hər iki ayağından yaralanan güləşçinin durumunun yaxşı olduğu və İstanbulda əməliyyat ediləcəyi açıqlanıb.
Qeyd edək ki, Cenk İldem ötən il keçirilən Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM