Azərbaycan millisi Taypey şəhərində keçirilən tələbələrin Universiadasında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin aktivinə ikinci mükafatı da cüdoçu komandamız yazdırıb.
Belə ki, 90 kq çəki dərəcəsidə tatamiyə çıxan Firudin Dadaşov yarışı 3-cü yerdə bitirib. O, ilk 2 döyüşündə Kolumbiya və İtaliya idmançısını mübarizədən kənarlaşdırsa da, ardınca Yaponiya təmsilçisinə məğlub olub.
Buna baxmayaraq, bürünc medal uğrunda çıxışını davam etdirən həmyerlimiz Çexiya, Latviya və Qazaxıstan cüdoçularına qalib gələrək, 3-cü yeri tutub.
Qeyd edək ki, yarışın ilk günündə Zelim Kotsoyev (100 kq) çempion tituluna yiyələnmişdi.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib