[b]Velosiped İdmanı Federasiyasından açıq Azərbaycan çempionatına dəvət[/b]
01.07.2015 - 11:13
Azərbaycan Velosiped İdmanı Federasiyası dağ velosipedi (MTB) həvəskarlarını açıq ölkə çempionatına dəvət edir. Apasport.az saytının məlumatına görə, dağ Velosipedi Parkında (Xocahəsən) təşkil olunacaq yarışda müxtəlif yaş qrupları üzrə peşəkar idmançılarla yanaşı, həvəskar velosipedçilər də iştirak edə bilər.
Çempionat zamanı yeniyetmə və gənclər uzunluğu 2 km olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurmalıdılar. Qeydiyyat prosesi iyulun 4-ü, səhər saat 08:00-da yarış yerində başlayacaq. Saat 09:00-da isə ölkə çempionatına start veriləcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0