Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci “Zəfər Kuboku” beynəlxalq turniri keçirilir. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Herseqovina ilə yanaşı, yığma komandalarımızın üzvləri də iştirak edir.
İlk yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65 kq, qadın güləşi üzrə 43, 49 və 57 kq çəkidə 11 güləşçimiz xalça üzərinə çıxıb.
Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov (55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi 48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) iştirak edir. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayır.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb