Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 10-u start götürəcək mötəbər turnirdə Azərbaycan yığması da mübarizə aparacaq.
Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında 7 cüdoçumuz medallar uğrunda yarışacaq. İki gün davam edəcək “Böyük Dəbilqə” turnirində ölkəmizi Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Əbdülhəqq Rəslullu (90 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcək.
Qeyd edək ki, beynəlxalq yarışda 73 ölkədən 429 idmançı (248 kişi, 181 qadın) mübarizə aparacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb