[b]Yığmamız Avropa kubokuna 10 cüdoçu ilə qatılacaq[/b]
10.05.2018 - 10:36
Mayın 12-də Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam yarışda Azərbaycan millisi də iştirak edəcək.
Turnirdə ölkəmiz Mehman Sadıqov, Kəramət Hüseynov, Oruc Vəlizadə, Tofiq Məmmədov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə, Naim Hüseynov (hər ikisi 81 kq), Abdulhəqq Rəsullu (90 kq) və Cəlil Şükürovla (+100 ) təmsil olunacaq.
Avropa kubokuna ümumilikdə 16 ölkədən 217 kişi, 95 qadın cüdoçu qatılacaq. Bu idmançılardan 155-i (86 kişi, 69 qadın) Rusiyaya məxsusdu.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0