Fevralın 17-də Avstriyanın Overvart şəhərində cüdo üzrə Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın məşqçilər korpusu kişilər arasında baş tutacaq turnirdə 17 idmançıya şans verəcək. Bunlar Mehman Sadıqov, Kəramət Hüseynov, Tofiq Məmmədov, Sadiq Məhərrəmov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Coşqun Abdullayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Qurban Qurbanov (hamısı 90 kq), Zelim Kotseyev, Adil Kərimli (hər ikisi 100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanovdu (hər ikisi +100 kq).
Turnirə 43 ölkədən 323 cüdoçunun qatılacağı gözlənilir.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb