Avstriyanın Obervart şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub. Apasport.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, millimiz yarışın ikinci günündə də medalsız qalmayıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov beynəlxalq turnirin bürünc medalını qazanıb. Kanada, Avstriya, Rusiya və İtaliya cüdoçularına qalib gələn yığmamızın üzvü yalnız çempionatda birinci yeri tutan Yaponiya təmsilçisinə uduzub.
Beləliklə, Azərbaycan cüdoçuları Obervart turnirini 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Dadaşova qədər Orxan Səfərov, Mehman Sadıqov "qızıl", Telman Vəliyev "gümüş", Vüqar Şirinli isə "bürünc"ə sahib olub.
Yekun nəticədə cüdo yığmamız medalların sayı və əyarına görə bütün ölkələri qabaqlayaraq, birinci yeri tutub.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb