Fevralın 1-16-sı tarixində gənc boksçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Balakəndə keçiriləcək hazırlıqda 17 idmançı iştirak edəcək.
Baş məşqçi Vaqif Şirinov toplanışa Maqsud Xasmetov, Vüqar Hüseynov (hər ikisi 49 kq), Əflatun Babayev, Mirmehdi Mehdizadə, Həsən İbrahimov (hər üçü 52 kq), Məhərrəm Məhərrəmzadə, Amid Əlizadə (hər ikisi 56 kq), Nurlan Səfərov, Elşən Cəbizadə (hər ikisi 60 kq), Səbuhi Abışov, Səlim Səlimov (hər ikisi 64 kq), Nicat Həsənov, Cavid Qurbanov (hər ikisi 69 kq), Rəsul Rzayev (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədovu (+91 kq) dəvət edib.
Məşqlər Balakən Olimpiya İdman Kompleksində baş tutacaq. Yığma 16 günlük toplanışda ümumi və fiziki hazırlıq üzərində çalışacaq.
Komandamız Balakənə bu gün axşam yollanacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb