Bədii gimnastika üzrə Azərbaycan millisi dünya çempionatı üçün heyətini açıqlayıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamızın baş məşqçisi Mariana Vasilyeva sentyabrın 7-13-də Almaniyanın Ştutqart şəhərində keçiriləcək mundialda ən güclülərə şans verəcək.
Belə ki, dünya çempionatının fərdi yarışlarında ölkəmizin idman şərəfini Marina Durunda, Ayşən Bayramova və Zeynep Elif Celep qoruyacaq. Qrup hərəkətləri komandamızın heyətinə isə Siyana Vasilyeva, Aynur Mustafayeva, Diana Doman, Aleksandra Platonova, Nigar Abdusalimova və Səbinə Abbasova daxil ediliblər.
Qeyd edək ki, yarış Rio Olimpiadasında lisenziya xarakteri daşıyır.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı