ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi üçüncü görüşünü keçirib.
İlk iki rəqibi olan Kuba (8:2) və Qazaxıstanı (9:1) asanlıqla məğlubiyyətə uğradan güləşçilərimiz Monqolustana da heç bir şans verməyiblər. Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan - Monqolustan 7:3
57 kq - Əfqan Xaşalov - B.Erdenabat (MGL) 1:2
61 kq - Əhmədnəbi Qvarzatilov - Tuvşintulga Tumenbileg (MGL) 2:7
65 kq - Ağahüseyn Mustafayev - B.Batçuluun (MGL) 3:0
70 kq - Coşqun Əzimov - Qanbayar Sanjaa (MGL) 9:4
74 kq - Hacımurad Ömərov - Mandaxnaran Ganzorig (MGL) 6:10
79 kq - Cəbrayıl Həsənov - İderxu Gantulga (MGL) 12:2
86 kq - Aleksandr Qostiyev - Uytumen Orgodol (MGL) 10:3
92 kq - Aslanbek Alborov - Turtoqtox Luvsandorj (MGL) 11:0
97 kq - Roman Bəkirov - B.Ulziisaixan (MGL) 10:1
125 kq - Cəmaləddin Məhəmmədov - Zolboo Natsaqsuren (MGL) 3:2
Bununla finala adlayan yığmamızın həlledici görüşdəki rəqibi ev sahibi ABŞ olacaq.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb