Sentyabrın 29-da Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Komandamızın məşqçilər korpusu Qran-pridə 16 cüdoçuya şans verəcək. Onlar Zaqrebdə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Elvin Mustafayev (hər ikisi 73 kq), Afiq Səfərli (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Nəzakət Əzizova, Buyanxişiq Purevsuren (hər ikisi 52 kq) və İçinxorlu Munxtsedevi (57 kq) sınamağa qərar veriblər.
Yarışda isə ümumilikdə 51 ölkədən 336 (208 kişi, 128 qadın) cüdoçunun iştirakı gözlənilir.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib