[b]Yığmamızın Qran-pri üçün heyəti açıqlandı[/b]
03.10.2017 - 09:44
Oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycanı əsas yığmanın ehtiyat qüvvəsi mübarizə aparacaq.
Belə ki, məşqçilər korpusu turnirdə Vüqar Şirinli (60 kq), Orxan Hacıağalı (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (100 kq) və Cəlil Şükürova (+100 kq) şans verməyi qərara alıb.
Qran-priyə ümumilikdə 29 ölkədən 200 cüdoçu qatılacaq.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0