İranda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour of İran" veloyürüşü keçirilir. Apasport.az saytının məlumatına görə, 18 yığma və klub komandasının iştirak etdiyi yarışda Azərbaycan yığması 6 velosipedçi ilə təmsil olunur.
Yürüşün Təbrizdən Urmiyaya qədər olan 144.4 km-lik ilk mərhələsində velosipedçilərimizdən ən yüksək nəticəyə "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin Əsədov imza atıb - o, finişi 2 saat, 52 dəqiqə, 29 saniyəyə keçən pelotonun içərisində yer alıb və fotofinişə əsasən 21-ci olub.
İsmayıl İlyasov isə eyni vaxt göstəricisi ilə 29-cu yeri tutub.
Urmiyadan Culfaya qədər olan 210.3 km-lik 2-ci mərhələdə də Əsədov komanda yoldaşlarından daha yaxşı çıxış edib. O mərhələ qalibi ilə eyni göstəriciyə imza atsa da, 14-cü yeri tutub - 5 saat, 8 dəqiqə, 42 saniyə.
2 mərhələdən sonra Elçin liderə 16 saniyə uduzmaqla ümumi sıralanmada 14-cüdür. Yarışa iyunun 22-də yekun vurulacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı