Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qadınlar arasında boks üzrə Avropa çempionatında daha 2 idmançımız mübarizəni dayandırıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 57 kq çəki dərəcəsində çıxış edən Məhsəti Həmzəyeva bolqarıstanlı Svetlana Stanevaya uduzub.
81 kq çəki dərəcəsində gücünü sınayan Aynur Rzayeva isə Macarıstan təmsilçisi Petra Szatmari ilə görüşdən məğlub ayrılıb – 0:3.
Boksçularımızdan 3-ü Avropa çempionatında mübarizəni davam etdirir. Anaxanım Ağayeva bu gün 1/4 final mərhələsində fransalı Vassila Lxadiri ilə qarşılaşacaq. Yelena Vıstropova (69 kq) və Leyla Cavadova isə (75 kq) iyunun 6-da keçiriləcək yarımfinalda rinqə çıxacaqlar.
Vıstropova rumıniyalı Mikaela Kristiana, Cavadova isə almaniyalı Sarah Şeuriçlə üz-üzə gələcək. Qitə çempionatına iyunun 7-də yekun vurulacaq.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"