Azərbaycan “Böyük Dəbilqə”yə 4 idmançı ilə gedir
05.02.2014 - 11:07
Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 81 ölkənin mübarizə aparacağı yarışa ölkəmiz 4 idmançı ilə qatılacaq.
Belə ki, millimizin baş məşqçisi Peter Zayzenbaher fevralın 8-9-da olacaq turnirdə İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Alimli (81 kq) və Elmar Qasımova (100 kq) şans verəcək.
Qeyd edək ki, yarışda ümumilikdə 590 (374 kişi, 216 qadın) idmançı gücünü yoxlayacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0