Azərbaycan yığmasına ispaniyalı legioner gəlir
28.12.2013 - 17:10
İspaniyalı atlet Alvaro Rodriges Melero 2014-cü ildən Azərbaycan yığmasında çıxış etməyə qərar verib. Lent.az-ın məlumatına görə, bu barədə 26 yaşlı idmançının özü yerli mətbuata bildirib.
O “valladoliddeporte.es”ə deyib ki, Avropa İttifaqının müvafiq hüquqi tələblərinə əməl etdikdən sonra Gəncədə məskunlaşaraq, millimizin heyətində məşqlərə başlayacaq. Rodriges bu addımı öz ölkəsində əmək haqqının kəskin azalması ilə izah edib. Tanınmış idmançının sözlərinə görə, 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və millimizin baş məşqçisi Məhərrəm Sultanzadə ona və şəxsi məşqçisi Elias Requeroya təklif ünvanlayıb. Hətta Rodrigesin ötən ilin yayında Bakıya səfəri nəzərdə tutulub. Amma o, sənədləşmə işlərini tamamladıqdan sonra Azərbaycana gəlməyi məqsədəuyğun sayıb. Amma Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası bir ölkədən digər ölkə yığmasına keçid üçün 4 il vaxt müəyyənləşdirib. Lakin İspaniya Atletika Federasiyasının razılığı olarsa, bu müddət minimuma endirilə bilər. Rodriges İsveçrənin Sürix şəhərində keçiriləcək 2014-cü il Avropa çempionatında Azərbaycanı təmsil etmək niyyətindədir.
Məsələ ilə əlaqədar Ç.Hüseynzadə Lent.az-a açıqlamasında şəxsən belə bir idmançı ilə danışıqlar aparmadığını söyləyib. O bildirib ki, Rodrigesin dediklərindən xəbərsizdir.
Qeyd edək ki, Alvaro Rodriges beynəlxalq arenada İspaniyanı 2005-ci ildən təmsil etməyə başlayıb. O, 2007-ci ildə 23 yaşadək atletlər arasında 1500 metr məsafəyə qaçış üzrə Avropa çempionu və Universiadanın gümüş mükafatçısı olub. Rodriges 2012-ci il London Yay Olimpiya Oyunlarına da qatılıb və 28-ci yerlə kifayətlənib. Builki qapalı salonda Avropa çempionatında isə atlet 21-ci yeri olub.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0