“Bakı 2019-cu ildə keçiriləcək yay Universiadasına ev sahibliyi edə bilər. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Tələbə İttifaqının rəhbəri Oleq Matıtsin Beynəlxalq Universitet İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclasının yekunları ilə bağlı danışarkən deyib. O, potensial namizədlər arasında bir sıra ölkələrin adlarının çəkildiyini bildirib: “Bunlar İtaliya, Türkmənistan və Azərbaycandır. Bu gün üçün namizədlərlə bağlı hələ heç bir qərar qəbul olunmayıb. Adını çəkdiyim ölkələr tərəfindən "Universiada-2019"a ev sahibliyi etmək üçün rəsmi müraciət daxil olmayıb. Danışıqlar aparılır”.
O. Matıtsinin sözlərinə görə, bu tədbiri keçirəcək namizəd noyabr ayında Federasiyanın Baş Assambleyasının iclasında təqdim olunacaq.
Xatırladaq ki, bu il yay Universiadası 4-14 iyul tarixlərində Cənubi Koreyanın Kvanju şəhərində keçiriləcək. 2019-cu il qış Universiadası isə Krasnoyarskda baş tutacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib