2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının da məşəli olacaq. Bu barədə apasport.az saytına Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, məşəlin nə zaman və harada alovlandırılacağı bilinməsə də, Azərbaycan ərazisini dolaşacağı dəqiqdir. Hüseynzadə bildirib ki, bununla bağlı bütün məsələlərə Avropa Olimpiya Komitəsi (EOC) aydınlıq gətirəcək: “Ola bilər ki, məşəl heç Yunanıstanın Olimp dağından yandırılmasın, elə Suraxanıdakı atəşgahdan yandırılsın. Amma istənilən halda, Avropa Oyunlarının məşəli yandırılacaq və bütün ölkəmizi dolaşacaq. Bununla bağlı məsələlər EOC-la ətraflı müzakirə olunacaq və müvafiq qərarlar veriləcək”.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək