2014-cü il Soçi Qış Olimpiya Oyunları olimpiadalar tarixində ən yaxşısı olacaq. Lent.az-ın məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax deyib.
Bax bildirib ki, Soçi olimpiadalar tarixində ən yaxşısını keçirməyə hazırdır. İOC prezidenti xüsusən, idmançıların 80 faizinin çarpayısından duraraq, yarış yerinə piyada gedə bilmələrindən məmnun qalıb. O, həmçinin özü və həmkarlarının olimpiya kəndində olaraq, idmançılarla söhbətləşdiklərini bildirib. “Şübhə etmirik ki, hər şey yüksək səviyyədə olacaq” deyən Bax bütün idman obyektlərini müasir, keyfiyyətlərinin isə çox yüksək səviyyədə qiymətləndirib.
Qeyd edək ki, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 7-də keçiriləcək və saat 20:14-də başlanacaq. Fevralın 23-dək davam edəcək olimpiadada Azərbaycanı 5 idmançı - dağ xizəkçiləri Patrik Braxner, Sedrik Nots və Qaya Bassani Antivari, eləcə də fiqurlu konkisürənlərdən ibarət Aleksey Sitnikov – Yuliya Zlobina dueti təmsil edəcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək