Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın növbəti günündə milli komandamızın 3 üzvü rinqə çıxıb.
Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov (60) dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz ukraynalı Zaxar Stepanovla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimiz 1/8 finalda macarıstanlı Mata Lakatosla üz-üzə gələcək.
Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52) isə ilkin mərhələdə uduzaraq, yarışdan kənarda qalıblar. Əkbərov gərgin mübarizədə Hindistan təmsilçisi Sandeep Çanqhasa məğlub olub – 1:2. Sadıqov isə İsrail boksçusu David Xarmatsa uduzub.
Bu gün dünya birinciliyində Kənan Əliyev (46 kq), Orxan Həsənov (54 kq), Sayad Lalayev (63 kq ), Cavid Hüseynov (48 kq), Məhəmməd Abdullayev (81 kq) və Bəxtiyar Qazıbəyov (60 kq) çıxış edəcəklər.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı