Sentyabrın 10-da Bakıda startı veriləcək şahmat üzrə Dünya Kubokunun iştirakçıları və qonaqlar Bakıya gəlir. Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, artıq şahmatçılar və onları məşqçiləri ölkəmizə gəlməyə başlayıb. Bu gün FİDE prezidenti Kirsan İlyumjinov da paytaxtımıza təşrif buyuracaq.
Qeyd edək ki, bu gün saat 17-45-də Fairmont otelində 45 ölkədən 128 şahmatçının iştirak etdiyi Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçiriləcək. Yarışın təntənəli açılış mərasimi sabah saat 19-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də saat 15:00-da start götürəcək.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib