“Avropa Oyunlarının keçiriləcəyi möhtəşəm idman qurğularını görmək və Azərbaycanın bu yarışların təşkilatçılıqla bağlı işlərdə nail olduğu inkişafa şahidlik etmək çox xoş idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri əfsanəvi üzgüçü Vladimir Salnikov deyib.
Hazırda Ümumrusiya Üzgüçülük Federasiyasının prezidenti olan Salnikov Azərbaycana işgüzar səfərini dəyərləndirib.
2015-ci ildə keçiriləcək I Avropa Oyunlarını qəbul edəcək idman qurğuları ilə tanış olan Salnikov Təşkilat Komitəsinin rəhbərləri ilə də görüşüb: “Evdə keçirilən bu səviyyəli yarışda çıxış etməyin nə olduğunu bilirəm. Hər idmançı üçün doğma torpaqda çıxış etmək böyük motivasiyadır. Əminəm ki, Avropa Oyunlarının bütün iştirakçıları bu yarışdan zövq alacaq və belə möhtəşəm şəraitdə qalib gəlməyə hazır olacaq”.
Qeyd edək ki, uzaq məsafələrə üzməkdə ad çıxaran Salnikov 1980 və 1988-ci illərdə Olimpiya Oyunlarının 4 qızıl medalını qazanıb. Los-Anceles Olimpiadasının boykot edilməsi isə onun mükafatlarının sayına mənfi təsir edib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı