“Həmin şəkil Meksikada deyil, Londonda çəkilib. Güləşçilərimizin olimpiya çempionu olduğu gündür. Burada qeyri-adi nəsə yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında güləş üzrə olimpiya çempionu Fərid Mansurov deyib.
Hazırda Azərbaycan Güləş Federasiyasında vitse-prezident postunu tutan Mansurov sosial şəbəkələrdə spirtli içki məclisində yayılan şəkillərinə münasibət bildirib: “Məlumatı yayarkən aydınlaşdırmaq, dəqiqləşdirmək lazımdır. Ağızlarına nə gəlir yazırlar, təki məqalə olsun. Orada yalnız pivə içilib. Amma məqalədə qeyd olunur ki, tekila içilib, ardınca pivə gəlib. Həmçinin, Meksika söhbətini haradan yazıblarsa bilmirəm. Şəkildə akkreditasiya aydın görünür və rəsmi adamlar var. Heç olmasa, akkreditasiyaya diqqət yetirəydilər…”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək