Azərbaycan Velosiped İdmanı Federasiyası və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda "Məktəbli Kuboku" yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, birincilikdə rayonun bütün məktəblərini təmsil edən və hər birinin tərkibində 4 velosipedçi olan 40 komanda mübarizə aparıb.
Reqlamentə görə, kollektivlər Heydər Əliyev Mərkəzinin qarşısından start götürməklə 1 km-lik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, İsmayıllı Olimpiya İdman Kompleksinin komandası bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2 saylı orta məktəbin komandası gümüş, 1 saylı orta məktəbin kollektivi isə bürünc medal əldə edib.
Mükafata layiq yerlər tutmuş komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediliblər.
Qeyd edək ki, ötən ilin dekabrından etibarən müxtəlif rayonlarda keçirilən "Məktəbli Kuboku" turnirləri bu ilin payızında təşkili planlaşdırılan ümumrespublika "Məktəbli Kuboku" turnirinə hazırlıq xarakteri daşıyır.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib