Azərbaycan mayın 16-da San-Marinoda başlayacaq Avropa Olimpiya Komitəsinin (EOC) 34-cü seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Olimpiya Həmrəyliyi Forumunda təmsil olunacaq. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, üç gün davam edəcək seminar və foruma MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva qatılacaq.
Tədbirdə 2015-ci ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı müzakirələr də aparılacaq. Bu, ilk günə təsadüf edəcək. K.Nurullayeva iştirakçılar qarşısında Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı təqdimatla çıxış edəcək. Bundan əlavə, Avropa Oyunları ilə bağlı yaradılmış EOC-un Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos da tədbirdə təmsil olunan Milli Olimpiya Komitələri qarşısında aprelin 30-da Komissiyanın Bakıda keçirilmiş görüşü ilə bağlı hesabat verəcək.
Qeyd edək ki, seminar və forumda Soçi-2014, Rio-2016, Olimpiya Oyunlarının menecment standartları, Milli Olimpiya Komitələrinin idarə edilməsi qaydaları, Olimpiya dəyərlərinin təbliği metodları və digər mövzular ətrafında da müzakirələr aparılacaq.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib