İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “An Post Ras” veloyürüşünün 6-cı mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün daha bir qələbə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, 36 kollektivin iştirak etdiyi yarışın 167.9 km-lik bu mərhələsi “Synergy Baku”nun üzvü Markus Eybegerin finiş xəttini birinci keçməsilə əlamətdar olub.
Ötən ay Fransada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” yürüşünün 4-cü mərhələsinin də qalibi olan Eybeger cari mövsüm “Synergy Baku” heyətində 2-ci qalibiyyətinə imza atıb - velosipedçimiz 4 saat, 15 dəqiqə, 11 saniyə nəticə ilə starta çıxan 129 iştirakçı arasında mərhələ qalibiyyətinin sevincini yaşayıb. O finiş xəttini 2-ci keçən velosipedçini düz 6 saniyə qabaqlayıb. Xatırladaq ki, yarışın 3-cü mərhələsi “Synergy Baku”nun digər üzvü Yan Sokolun qələbəsilə əlamətdar olmuşdu.
6 mərhələdən sonra ümumi sıralanmada Kristof Şvayzer liderdən 55 saniyə geri qalmaqla 5-ci mövqedə qərarlaşır. Sabah keçiriləcək 7-ci mərhələdə iştirakçılar 147.7 km məsafə qət edəcəklər. 8 mərhələdən ibarət yürüşə mayın 25-də yekun vurulacaq.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb