Maykl Conson Bakıya gəlir
19.06.2014 - 16:41
Maykl Conson Bakıya gəlir

İyunun 23-də Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü keçiriləcək. Apasport.az saytının məlumatına görə, müasir Olimpiya Hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə təşkil olunacaq tədbir saat 19:00-da başlayacaq.

Olimpiya Günündə iştirak üçün 4 qat Olimpiya çempionu, əfsanəvi atlet Maykl Conson da paytaxtımıza gələcək. Tədbirə, həmçinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Olimpiya çempionları, müxtəlif idman federasiyaların nümayəndələri də qatılacaqlar.