[b]Nəzakət Əzizova Avstriyadan "bürünc"lə qayıdır[/b]
05.06.2017 - 11:51
Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə Azərbaycan millisi də təmsil olunub.
52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0