Nizami Paşayev istefaya göndərildi
26.12.2013 - 15:25
Ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət milli komandamızın baş məşqçisi Nizami Paşayev istefaya göndərilib. Bu barədə Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Əsgərovun sözlərinə görə, ikiqat dünya çempionunun istefasına yığmamızın 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsi səbəb olub. Komandamız bu il Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında medalsız qalaraq, ümumi sıralamada 19-cu yeri tutub. Nəticədə millimizin heç bir üzvünə Nanjinq olimpiadasına vəsiqə verilməyib. AAAF rəsmisi lisenziya üçün gələn il keçiriləcək Avropa çempionatında çox cüzi şanslarının olduğunu əlavə edib.
Əsgərov bildirib ki, Paşayevə əsas yığmamızda baş məşqçi Zlatan Vanevin köməkçisi və AZAL idman klubunda ağırlıqqaldırma növü üzrə baş məşqçi vəzifəsi təklif olunub. Məşhur atletimiz ilk təklifdən imtina edib, digəri üzərində isə düşünməyə vaxt istəyib. AAAF rəsmisi Paşayevin istənilən halda işsiz qalmayacağını da əlavə edib.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0