Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasına 500 gün qalıb. Apasport.az saytının məlumatına görə, gələn il iyunun 12-də start götürəcək yarışla bağlı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki fikirlərini bildirib.
O qeyd edib ki, 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq Avropa Oyunları tarixdə mühüm yer tutacaq: “Bakıdakı Avropa Oyunlarının startına 500 gün qalıb və mən əminəm ki, bu yarış yüksək səviyyədə keçiriləcək. Bu münasibətlə Bakı-2015-də iştirak edəcək nümayəndələri təbrik edirəm. Düşünürəm ki, bu yarış Avropa idmanında tarixi yer tutacaq”.
Qeyd edək ki, 16 gün davam edəcək yarışda 5400 idmançının iştirakı nəzərdə tutulub.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək