2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk 6 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını tərtib edib.
Braziliyada keçirilən dünya çempionatı bombardirlər cədvəlində ciddi dəyişikliklərə səbəb olub. Belə ki, Qana millisinin futbolçusu Asamoa Qyan Kriştianu Ronaldo və Neymar kimi ulduzları arxada qoyub. O, bu il yığmada vurduğu qolların sayını üçə çatdırıb. “Əl-Ayn”da (BƏƏ) 10-cu qolunu vuran afrikalı ümumilikdə 13 dəfə fərqlənməklə, zirvəyə yüksəlib.
Mundialda 1 dəfə fərqlənən portuqaliyalı Kriştianu Ronaldo zirvədəki yerini itirib. O, millidə 3, İspaniya “Real”ının heyətində 8 dəfə sevinib. Braziliya yığmasındakı qol sayını 8-ə çatdıran Neymar isə ümumilikdə 9 dəfə fərqlənib. Onun daha bir qolu İspaniya “Barselona”sında vurulub.
Qeyd edək ki, tərtib olunan siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 6 qol vuranlar daxil olub. Cədvəldə 28 oyunçu yer alıb.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı