Ronaldo zədəsindən danışdı
12.06.2014 - 11:37
Ronaldo zədəsindən danışdı

“Almaniya ilə oyuna qədər tam hazır olacağam”. Apasport.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.
 

Ulduz futbolçu bu gün Braziliyada start götürəcək DÇ-2014-ün oyunlarında tam gücü ilə oynayacağını bildirib: “Məşqlərdə özümü çox yaxşı hiss edirəm. Həkimlər də tövsiyələrini verirlər. Onlara qulaq asdıqca, dediklərini etdikcə, daha tez sağalıram. DÇ-dəki oyunlara həm fiziki, həm də psixoloji baxımdan hazır olmaq lazımdır. Bunu edəcəyimdən şübhəm yoxdur”.
 

Ronaldo Almaniya ilə oyun üçün şansları da dəyərləndirib: “Almaniya ilə Avropa çempionatında qarşılaşmışdıq. Hər iki komanda bir-birini tanıyır. Onlar bütün turnirlərdə favorit komanda olublar. Çox çətin oyun olacaq. Avro-2012-də Hollandiya və Danimarkanın olduğu qrupdan çıxdıq. Burda da eyni şey bacaracağıq. İlk oyunda qələbə çox önəmli olacaq”.
 

Qeyd edək ki, Portuqaliyanın yer aldığı G qrupunda Almaniya, Qana və ABŞ yığmaları var.