“Tozlu-torpaqlı ilk gündən sonra belə mənzərəli yerdə mübarizəyə şahidlik etmək çox maraqlı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Qurum rəsmisi “Tour d’Azerbaidjan” veloyürüşünün bu gün keçirilən II mərhələsindən sonra baş tutan mətbuat konfransında yarış haqda danışıb: “Hətta ağ-bənövşəyi köynəyin sahibi o qədər sevincli idi ki, bu geyimi almağa da gəlmədi. Bu yarış ikinci dəfədir indiki adı ilə keçirilir. Düşünürəm ki, iki mərhələnin yekununa əsasən bütün tələbləri yerinə yetirmişik. Qarşıdakı günlərdə daha mənzərəli yerlərdə mərhələlər olacaq. Son mərhələ isə Bakıda keçiriləcək və həmin gün daha yaxşı hava olacaq”.
Qeyd edək ki, ağ-bənövşəyi köynək isə isveçli Fredrik Ludviqssona verilib.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib