Sloveniyalı velosipedçi: Karyeramda ilk qələbəni qazandım
08.05.2014 - 15:48
“Bu qələbə mənim üçün böyük əhəmiyyət kəsb edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tour d’Azerbaidjan-2014” veloyürüşünün bu gün keçirilən ikinci mərhələsinin qalibi sloveniyalı Primoz Roqliç deyib.
“Adria Mobil” klubunun üzvü finişə çatdıqdan sonra təşkil olunan mətbuat konfransında qələbəsinə şərh verib: “Çünki karyeramda ilk qələbəmi qazandım. Dağ finişini ötdükdən sonra qalib gələcəyimə əminlik yarandı”.
Qeyd edək ki, 2-ci mərhələdə idmançılar Bakıdan İsmayıllıya qədər 187 km qət ediblər.
0
0