Rusiyalı tennisçi Mariya Şarapova dünyanın ən nüfuzlu məşhur şəxslərinin siyahısında amerikalı Serena Uilyams və çinli Li Nanı geridə qoyub. Apasport.az saytının məlumatına görə, “Forbes” siyahını gəlir, mediadakı yer və çalışdığı sahəyə təsiri üzrə hazırlayıb.
Siyahıya müğənni Beyons Noulz başçılıq edir. İkinci yerdə basketbolçu Lebron Ceymsdir. Üçüncü yeri isə müğənni və prodüsser Andre Yanq tutub. Şarapova siyahıda 63-cü, Uilyams 69-cu, Li Na isə 85-dir.
İlk iyirmiliyə Cemsdən əlavə daha üç idmançı daxil olub: boksu Floyd Meyuezer (7), basketbolçu Kobi Brayant (15) və tennisçi Roce Federer (16).
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı