Şumaxerin vəsiyyətnaməsi
07.01.2014 - 13:24
“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin durumunda müsbət irəliləyiş yoxdur. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əfsanəvi pilot hələ də komadadır.
Həkimlərin rəyinə görə, Şumaxer özünə gəlsə belə, onun bədəninin sol hissəsinin iflic olması və səsini itirməsi ehtimalı var.
Bu arada, almaniyalı pilotun vəsiyyətnaməsi üzə çıxıb. Şumaxer həyatını itirəcəyi təqdirdə, onun 750 milyon avro sərvəti, həmçinin avtomobilləri ilə daşınmaz əmlakı həyat yoldaşı və 2 övladı arasında bölüşdürüləcək.
Qeyd edək ki, Şumaxer dekabrın 29-da Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərciyində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilirdi. Kəllə-beyin travması diaqnozu qoyulan pilot komaya düşdüyündən həyatını itirmək ehtimalı var.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0