Türkiyədə taekvondo üzrə təşkil edilən II “Zafer Kupası” beynəlxalq turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, Sumqayıt Olimpiya İdman Mərkəzinin yığma komandasının qatıldığı yarış idmançılarımız üçün uğurlu alınıb.
İraq, Kosova və Türkiyənin bir neçə bölgəsindən 220-dək uşaq, yeniyetmə və gənc taekvondoçuların qatıldığı turnirdə həmyerlilərimiz 5 medal qazanıblar.
Belə ki, yeniyetmə taekvondoçular arasında 41 kq çəki dərəcəsində dayaq üzərinə çıxan Xanoğlan Kərimov rəqiblərinə şans verməyərək, çempion adına yiyələniblər. Gənclər arasında isə Xanruh Fətullayev (58 kq) finala kimi inamlı irəliləsə də, həlledici mərhələdə rəqibinə məğlub olaraq, gümüş mükafatla kifayətlənib.
Həmçinin Hümbət Kazımov (27 kq, uşaqlar), Nihat Abbasov (33 kq, yeniyetmələr) və Mehriban Məmmədova (42 kq, gənclər) üçüncü yeri tutub.
Qeyd edək ki, Türkiyəyə 11 taekvondoçu ilə yollanan Sumqayıt taekvondoçuları vətənə avqustun 3-də qayıdacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı