Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Ukrayna və Sloveniyada keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz hər iki yarışda fəxri kürsüyə qalxmağı bacarıblar.
Heyəti Elçin Əsədov, Yannis Tamuridis, Maksim Averin, Markus Eybeger, Matey Müqerli və Tural İsgəndərovdan ibarət kollektiv Ukraynada keçirilən "Odessa Grand-Prix" yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı 2 günlük yarışında təmsilçilərimizdən ən yüksək nəticəyə Matey Müqerli imza atıb. O, hər 2 yarış günündə finişi qalibdən sonra keçməklə 2 dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Digər təmsilçimiz Maksim Averin isə ilk yarış günündə 8-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazanıb. Hazırda onun aktivində ümumilikdə 142 reytinq xalı var.
Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində keçiriləcək Avropa birinciliyində iştirakı planlaşdırılan gənclər yığmamızın üzvü Samir Cəbrayılov isə məsul yarış öncəsi yoxlama yarışlarında qüvvəsini sınayır. O, "Kranj-2015" kriterium yarışında çıxış edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib