Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” avqustun 13-16-da Çexiya velosiped turunda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 5 velosipedçi ilə çıxış edəcək.
Bu yürüşdə komandanı Maksim Averin, Elgün Əlizadə, Tural İsgəndərov, Matey Müqerli və Markus Eybeger təmsil edəcək.
Proqrama əsasən, sabah start götürəcək turun ilk mərhələsində 23 iştirakçı kollektiv 20,4 kilometr məsafəyə komanda şəklində vaxta qarşı mübarizə aparacaq.
Növbəti üç gün ərzində isə velosipedçilər müvafiq olaraq 178, 199 və 145 kilometr məsafəyə qrup ötüşməsində yarışacaqlar.
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib