Yelena Qladkova finalda
31.05.2014 - 11:51
Bakıda keçirilən atletika üzrə Avropa Təsnifat Turnirinin ikinci günündə daha bir idmançımız finala vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, şüvüllə tullanmada Azərbaycanı təmsil edən Yelena Qladkova 3.65 metrə nəticə göstərməklə seçmə mərhələni 9-cu sırada başa vurub.
Bu nəticəylə idmançımız finala vəsiqə qazanan 12 atlet sırasına daxil olub. Seçmə mərhələdə İsveçrə idmançısı Angelica Moser 1-ci sırada qərarlaşıb. Onun nəticəsi 3.80 metrə olub.
Qeyd edək ki, final görüşləri sabah keçiriləcək. Medalla yanaşı, lisenziyaların sayı da finalda müəyyənləşəcək.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
0
0