Qazaxıstanın Almatı şəhərində keçirilən stend atıcılığı üzrə Dünya kuboku Azərbaycan millisi üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, snayperlərimiz vətənə yenə mükafatsız qayıdacaqlar.
Belə ki, bu gün hədəf önünə keçən idmançılarımızdan ən yaxşı nəticəni Əlimirzə Quliyev göstərib. Trap növündə dəqiqliyini yoxlayan həmyerlimiz 82 snayper arasında 104 xalla 68-ci olub. Onunla eyni xal toplayan Əli Hüseynli 70-ci yeri tutduğu halda, yığmamızın lideri Elvin İsmayılov qeyri-müəyyən səbəbdən starta çıxmayıb.
Qeyd edək ki, daha öncə skit növündə yarışan Emin Cəfərov, Paşa Əhədpur, Fuad Qurbanov, Zemfira Meftahəddinova və Nurlana Cəfərova da çıxışını mükafatsız bitirmişdi.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb