"Sabah"ın sonuncu rəqibi bəlli olub
28.09.2024 - 11:57
"Sabah"ın sonuncu rəqibi bəlli olub

"Sabah" basketbol komandasının Avropa Kubokundakı sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib.

Apasport.az xəbər verir ki, Bakı klubu Belçika təmsilçisi “Spirou” ilə də üz-üzə gələcək.

FIBA Avropa kubokunun G qrupunda yer alacaq “Sabah”ın digər rəqibləri
Yunanıstanın “Marussi” və İsveçin "Norrçepinq Dolfins" kollektivləridir.

Paytaxt klubu oktyabrın 9-da "Spiru"nun qonağı olacaq. "Bayquşlar" oktyabrın 16-da "Norrçepinq Dolfins"i, 30-da "Spiru"nu qəbul edəcək.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda noyabrın 6-da səfərlə "Marussi" ilə, 13-də "Norrçepinq Dolfins"lə qarşılaşacaq.

0