
"Beşiktaş" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Makkabi" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, matçın baş tutacağı şəhər hələ də qeyri-müəyyən olaraq qalır.
Lakin oyunun Bakıda keçirilib-keçirilməyəcəyi ilə bağlı sual öz cavabını tapıb. Görüş Azərbaycan paytaxtında təşkil olunmayacaq. Bu barədə klubun vitse-prezidenti Mete Vardar açıqlama verib.
O, bildirib ki, qarşılaşmanın keçiriləcəyi stadion sabah bəlli olacaq:
"Matçın keçiriləcəyi yer sabaha qədər dəqiqləşəcək. Oyun Macarıstanda və ya Almaniyada baş tutacaq. Azarkeş məsələsinə gəlincə, bununla bağlı da rəsmi qurumlara müraciət etmişik".
Qeyd edək ki, qarşılaşma noyabrın 28-də baş tutacaq.
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB