“Beşiktaş” - “Makkabi” matçının keçiriləcəyi məkan bəlli olub
11.11.2024 - 21:31
"Beşiktaş"ın Avropa Liqası Liqa mərhələsinin V turunun "Makkabi" (Təl-Əviv) ilə keçirəcəyi oyunun məkanı bəlli olub.
Apasport.az xəbər verir ki, görüş Macarıstanın Debretsen şəhərində təşkil olunacaq.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik məsələlərinə görə görüş azarkeşsiz oynanılacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" oyunu 28 noyabr tarixində baş tutacaq.
- Avropa Liqası: “Fənərbaxça”dan qələbə, “Beşiktaş” evdə uduzdu, “Qalatasaray”dan qollu bərabərlik - YENİLƏNİB
- Qurban Qurbanov: “Ustalıq çox yuxarı səviyyədədir”
- Pyer Saj: “Qarabağ” daha çox qol vura bilərdi”
- Jorj Mikautadze: “İstirahət üçün bir gün mütləq bura gələcəm”
- Xəqani Məmmədov: “Psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir”
0
0