Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
07.11.2024 - 02:05
Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma baş tutub.

Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşüb. Matç madridlilərin qələbəsi ilə nəticələnib.

İngiltərə “Arsenal”ı səfərdə “İnter”in qonağı olub. Meydan sahibləri minimalhesablı qələbəyə seviniblər.

İlk 3 turdan sonra lider olan "Aston Villa" isə "Brügge"yə məğlub olub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

6 noyabr

21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) 1:0
21:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boys” (İsveçrə) 2:1
00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) 1:0
00:00. PSJ (Fransa) - “Atletiko” (İspaniya) 1:2
00:00. “İnter” (İtaliya) - “Arsenal” (İngiltərə) 1:0
00:00. “Feyenoord” (Niderland) - “Zaltsburq” (Avstriya) 1:3
00:00. “Srvena Zvezda” (Serbiya) - “Barselona” (İspaniya) 2:5
00:00. “Sparta” (Çexiya) - “Brest” (Fransa) 1:2
00:00. “Ştutqart” (Almaniya) - “Atalanta” (İtaliya) 0:2

1