Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Apasport.az xəbər verir ki, PSJ "Liverpul"u qəbul edib.
Meydan sahibləri Due və Kvaratsxeliyanın qolları ilə 2:0-lıq qələbəyə seviniblər.
"Barselona" "Atletiko"nu sınağa çəkib. İlk hissədə 1 nəfər azlıqda qalan kataloniyalılar meydandan 0:2 məğlub ayrılıblar. Alvarez və Sörlotun qolları həlledici olub.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
8 aprel
23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0
23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) 0:2
Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək.