Dumfris hamını qabaqladı
01.05.2025 - 10:51
Dumfris hamını qabaqladı

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Apasport.az xəbər verir ki, ötən gün "Barselona" "İnter"lə qarşılaşıb.

Dramatik keçən matçda qalib müəyyənləşməyib - 3:3.

Görüşdən sonra oyunun ən yaxşı futbolçusu bəlli olub. Bu ada milanlıların müdafiəçisi Denzel Dumfris layiq görülüb.

Niderland millisinin üzvü matçda 2 qolla yadda qalıb. 

Qeyd edək ki, Dumfris 2021-ci ildən "İnter"in şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.