KL: Bu gün “Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşəcək - YENİLƏNİR
18.06.2025 - 10:34

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçilərindən “Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olacaq.
Bununla yanaşı, "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sele"yə məğlub olacağı təqdirdə, mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Bugünkü püşkatmada cütün məğlubunun potensial rəqibi də müəyyənləşəcək.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
0
0